Apptech
Apptech IT mütəxəssisləri və sertifikasiya imtahanlarına hazırlaşan istifadəçilər üçün imtahan resurslarını, kursları və faydalı tədris materiallarını bir platformada təqdim edən müasir web layihəsidir.

Apptech istifadəçilərə IT sahəsində inkişaf etmək, sertifikasiya imtahanlarına hazırlaşmaq və etibarlı tədris resurslarına çıxış əldə etmək üçün hazırlanmış müasir rəqəmsal platformadır. Layihədə istifadəçi təcrübəsinə, sadə və intuitiv naviqasiyaya, müasir UI dizaynına və müxtəlif ekran ölçülərinə uyğun responsive struktura xüsusi diqqət yetirilib. Platformanın əsas funksionallıqları arasında imtahan kodu və provider üzrə axtarış, şirkətlərin və tədris resurslarının təqdim edilməsi, kursların nümayişi və istifadəçilərin imtahan sorğusu göndərməsi imkanları yer alır. Layihənin vizual kimliyində tünd rənglər, lime accent rəngi və minimal dizayn yanaşması istifadə edilərək texnologiya və təhsil mövzularına uyğun müasir görünüş yaradılıb.
- Kateqoriya
- Veb Platforma
- Müştəri
- Apptech MMC
- İl
- 2024
- Müddət
- 3 ay
- Sayt
- apptech.az↗
- Texnologiyalar
- React.jsC#
Oxşar layihə üzərində düşünürsünüz?
Danışaq →